“Beşiktaş”ın amerikalı futbolçu sevdası

0
162

“Beşiktaş” Portuqaliyanın “Vitoriya” klubundan Tayler Bondu transfer etmək üzrədir.

Terefsiz.az saytı “NTV Spor”a istinadən xəbər verir ki, İstanbul klubu ABŞ millisinin üzvü üçün qarşı tərəfə  1,5 milyon avroluq təklif göndərib. Portuqaliya təmsilçisinin bu təkliflə razılaşdığı bildirilir.

Qeyd edək ki, ötən mövsümün ikinci yarısını icarə əsasında  “Ankaragücü”ndə keçirən 24 yaşlı yarımmüdafiəçi 14 oyuna 6 qol vurub, 4 qol ötürməsi edib.

Terefsiz.az