Rusiya və Çin hesablamalarda dollardan imtina etdi

0
175

Rusiya və Çin hesablamalarda milli məzənnələrə keçid haqqında hökumətlərarası razılaşmanı bağlayıb.

Terefsiz.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, sənəd Rusiya baş nazirinin müavini, maliyyə naziri Anton Siluanov və Çinin Xalq Bankının sədri İ Qan tərəfindən imzalanıb.

Nəşrin məlumatına görə, ən yaxın illərdə Çinlə hesablamalarda rublun payı 50 faizə çata bilər, halbuki hazırda bu göstərici on faiz səviyyəsindədir. Qəzetin mənbələrindən biri bildirib ki, artıq dollarla müqavilədə olan məhsullar üzrə də ödənişlər rublla və yuanla həyata keçiriləcək.

Sənədə əsasən ödəmələri VTB (Rusiya) və Çin Ticarət Bankı həyata keçirəcək.

Bu saziş əvvəllər vergiqoymada fərq səbəbindən Rusiya biznesi ilə elə də həvəslə əməkdaşlıq etməyən Çin banklarına yaxşı fürsət yaradacaq. Razılaşma rubl və yuanla ticarət həcmini dəfələrlə artırmağa imkan verəcək.

Terefsiz.az