İndoneziyalı bir ailə yeni doğulan oğullarına “Google” adı veriblər.
Terefsiz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşağın anası Ella Karina mətbuata açıqlamasında bildirib ki, bu fikir ataya aid olub.
“Ümid edirəm ki, oğlum bir lider kimi böyüyər və hamıya faydalı bir şəxs olar. Qohumlarımız əvvəllər bu adı yadırğasa da, indi sevirlər. Mən özüm də əvvəl etiraz etmişdim, ancaq ərim mənə bunun mənasını açıqladıqda qürur duydum”, deyə, uşağın anası bildirib.
Qeyd edək ki, Google ailənin ikinci övladıdır.
Terefsiz.az