YENİDƏN…

0
337
  • ” YENİDƏN “

    Adam getdiyi yerə özünü də aparırsa,
    demək, getmək qeyri-mümkündü əslində;
    gerçək olan yalnız yerdəyişmədi –
    A nöqtəsindən B nöqtəsinə.

    Adam nə qədər təklənir təklənsin həyatda,
    özünə deməyə bir-iki kəlməsi varsa, bir-iki həqiqəti,
    yəni ürəyiylə danışa bilirsə, vəssalam,
    kim nə deyir-desin, boş verməli…

    Adam yolları bağlananda, topuğu qanayanda,
    toxtaq ola bilirsə, keçmirsə qürurundan,
    bir başı kəsiləndə, min baş çıxara bilirsə Ximera kimi,
    min qılınc parıldasın, min xəncər itilənsin, vız gələr.

    Adam sərin bir yaz gecəsi küçəyə baxanda,
    düşünəndə ötənləri, damağında sonuncu siqaret,
    xatırlayanda ölülər izdihamına qarışan dostları,
    birdən çox adi şeyləri yenidən başa düşür…

     

  • Qismət Rüstəmov (2015)