Bakıda ərəb turistdən oğurluq edən şəxsin məhkəməsi başlayır

0
148

Bakıda Birləşmiş Ərəb Əmirlikləri vətəndaşından oğurluq etməkdə təqsirləndirilən Rafiq Cəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Terefsiz.az -ın xəbərinə görə, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Elməddin Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin may ayında Nəsimi rayonunda baş verib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş Mərdanov qardaşları küçəsində kirayədə yaşadığı mənzildən içərisində 1000 manat və 5000 dirhəm (2300 manat) olan pulqabısının oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rafiq Cəlilov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə daxil olmaqla oğurluq) maddəsi ilə ittiham verilib.

İstinad: Report.az

Terefsiz.az