ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşdən sonra bəyan edib ki, ABŞ şirkətləri “Huawei” şirkəti ilə ticarət əlaqələrini davam etdirə bilər.
Bu barədə Business Insider məlumat yayıb.
G-20 sammitinin mətbuat konfransında çıxış edən Tramp ABŞ şirkətlərinə “Huawei”lə əməkdaşlığa icazə verdiyini bildirib.
“Hərçənd bu, asan olmasa da, onlara icazə veririk”, – deyə o vurğulayıb.
Tramp qeyd edib ki, məhdudiyyətlər üzündən az sayda ABŞ şirkəti “Huawei”lə ticarət əlaqələrinə malik olub. Onun sözlərinə görə, bir çox şirkət müvafiq icazə ala bilmədiyindən çox məyus olub.
Terefsiz.az