ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşdüyü yerdə – hərbi qüvvələrdən təmizlənmiş bölgədə Uçan Naməlum Obyekt (UNO) görülüb.
Terefsiz.az xəbər verir ki, bu barədə Cənubi Koreya mediası informasiya yayıb.
Medianın fərqli hərbi mənbələrə istinadən verdiyi xəbərə görə, bir helikopter tərəfindən göndərildiyi ehtimal edilən naməlum obyekt Şimali və Cənubii Koreya arasındakı sərhəd xətti boyunca hərəkət edib. Seul UNO-nun havada görüntülənməsindən sonra döyüş təyyarələri və helikopterləri havaya qaldırıb.
Terefsiz.az
Qeyd edək ki, sözügedən bölgə 1953-cü ildə qurulub. Bölgə 250 km uzunluqda, 4 km enliyindədir.