Azərbaycana qar yağıb

0
436

Şimal bölgəsinin yüksək dağlıq ərazilərinə qar yağıb.

Terefsiz.az -ın verdiyi məlumata görə, yağıntı Qusar və Quba rayonları ərazisində, dağlıq ərazilərdə müşahidə olunub.

Əraziyə yağıntı normadan artıq düşüb. Qubanın bəzi yaşayış məntəqələrində 12 saat ərzində düşən yağıntının miqdarı 30 mm ötüb. Bu da xüsusi təhlükəli meteoroloji hadisə kimi qiymətləndirilir.

Yağıntının çox olması çaylarda suyun səviyyəsini 50-70 sm-ə qədər artırıb.

İstinad: oxu.az

Terefsiz.az