Avropa Komissiyasının yeni prezidenti Almaniyanın müdafiə naziri ola bilər

0
143

Avropa İttifaqının bu günlərdə keçirilən sammitində Avropa Komissiyasının prezidentliyinə irəli sürülən namizədlər arasında Almaniyanın müdafiə naziri Ursula fon der Leyen də var.

Terefsiz.az RİA “Novosti”yə istinadən xəbər verir ki, mənbələrin verdiyi məlumata görə, Avropa Mərkəzi Bankının rəhbərliyinə Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqardın, Avropa Şurası rəhbərliyinə isə Belçikanın baş naziri Şarl Mişelin namizədliyi müzakirə olunur.