Bu barədə The Global Times saytına istinadən Macdigger saytı xəbər verib. The Global Times saytının qeyd etdiyinə əsasən bu üsul ilə Apple şirkəti Çindəki satış düşüşünün qarşısını almaq istəyir. Belə ki, həmin satışlara dollar məzənnəsinin qalxması və ABŞ ilə Çin arasındakı ticarət müharibəsi çox təsir etdi. Qeyd etmək lazımdır ki, keçən il iPhone XS, XS Max və XR modellərinin satışa çıxması ilə Apple şirkəti tamamilə Toch ID tenologiyasından imtna emişdi.
Həmin texnologiya Face ID ilə əvəzlənmişdi. Bununla belə Huawei, Xiaomi, Oppo və Vivo kimi Çin şirkətləri hələ də aktiv şəkildə ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasından istifadə edirlər. Apple şirkətinin iPhone smartfonuna barmaq izi skanı texnologiyasını geri qaytaracağı barəsində məlumatlar daha öncədən də ortaya çıxmışdı.
Terefsiz.az