Bossa-novanın banilərindən olan Juan Jilbertu öldü – VİDEO

0
230
FILE - In this June 18, 2004 file photo, Brazilian composer Joao Gilberto performs at Carnegie Hall, in New York. The Brazilian singer and composer, who is considered one of the fathers of the Bossa Nova genre, has died. His death was confirmed by his children on Saturday, July 6, 2019. Gilberto was 88 years old. (AP Photo/Mary Altaffer, File)

Terefsiz.az saytı xəbər verir ki,musiqi üslubu bossa-novanın banilərindən biri olan Juan Jilbertu 88 yaşında ölüb.

Bu barədə Agence France-Presse (AFP) artistin oğluna istinadən xəbər verir.

Musiqiçinin dəqiq ölüm səbəbi açıqlanmasa da, onun son illər səhhətində problemlər yaşadığı bildirilir.

Braziliyada 1931-ci ildə anadan olan gitaraçı, müğənni və bəstəkar Juan Jilbertu hələ yeniyetmə illlərindən mahnı oxumağa başlamışdı. Onun debüt “Chega de Saudade” (1959) albomu bossa-nova üslubunun əsasını qoyan səsyazmalardan biri hesab olunur.

Qeyd edək ki, bossa-nova Braziliya xalq mahnıları ilə caz elemenlərinin sintezi olan musiqi üslubudur.

Terefsiz.az