Azərbaycanlı hakimlər Avroliqa oyununa təyinat aldı

0
201

UEFA azərbaycanlı futbol hakimlərinə növbəti təyinat verib.

AFFA-nın məlumatına əsasən, Terefsiz.az saytı xəbər verir ki, ədalət təmsilçilərimiz Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iş başında olacaqlar.

İyulun 18-də keçiriləcək “Spartak Trnava” (Slovakiya) – “Radnik Bijeljina” (Bosniya və Herseqovina) qarşılaşmasını FİFA referisi Rəhim Həsənov idarə edəcək.

Onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq.

Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Terefsiz.az