Yaponiya ŞOKDA – 32 milyon dollar oğurlandı

0
140

Yaponiyada onlayn kriptovalyuta birjanın hesabından 32 milyon dollar oğurlanıb.

Terefsiz.az xəbər verir ki,“Bitpoint Japan” onlayn kriptovalyuta birjasının virtual valyuta ticarəti sistemində vəsaitlərin köçürülməsi zamanı səhvə yol verilib. Aparılan araşdırma nəticəsində məlum olub ki, kriptovalyutaların fırıldaqçılar tərəfindən qeyri-qanuni çıxarılması baş verib. Oğurlanan aktivlərin ümumi məbləği 3,5 milyard yen təşkil edib ki, bunun da 2,5 milyard yeni müştərilərə məxsusdur.

Şirkətin nümayəndələri yaranan vəziyyətə görə müştərilərdən üzr istəyib və məsələnin tezliklə aydınlaşdırılacağını bildiriblər. Hazırda birjada bütün əməliyyatlar dayandırılıb.

İstinad: Publika.az

Terefsiz.az