Sankt-Peterburqda keçmiş nazirin oğlu 12 milyonluq brilliant oğurladı – FOTO

0
325

Rusiyalı aktrisa Mariya Şumakova soyulub.

Terefsiz.az xəbər verir ki, “Şirin həyat” serialının ulduzu bu barədə özü polisə məlumat verib.

O bildirib ki, çəkilişdə olarkən avtomobilinə soxulan quldurlar içində 1.2 milyon rubl (təqribən 32400 AZN – red.) qiyməti olan “Rolex” marka saatı, iPhone X marka mobil telefonu və 12 milyon rubl (təqribən 324 min AZN – red.) dəyərində brilliant qaşlı üzüyü olan çantasını oğurlayıblar.

Hadisə yerindəki təhlükəsizlik kamerasının görüntülərinə baxan hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsin fotorobotunu çıxarıblar. Afro-amerikalıya bənzəyən şəxsin axtarışları qısa zamanda nəticə verib.

Daha əvvəl iki dəfə narkotik səbəbindən həbs olunmuş Nikita Bokoyako tezliklə ələ keçirilib. Araşdırmalar zamanı onun Malinin keçmiş Daxili İşlər nazirinin oğlu olduğu, Sankt-Peterburqda təhsil aldığı da bəlli olub.