Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Qran-Pri” yarışı davam edir.
Xebersiz.az “Judo.az”-a istinadən xəbər verir ki, beynəlxalq turnirin 2-ci günü Azərbaycan cüdoçusu Telman Vəliyev milli komandamızın aktivinə medal yazdırıb.
73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb.
istinad:oxu.az
Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Telman Vəliyev 3-cü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanıb.
Beləliklə, Azərbaycan cüdoçusu Budapeşt “Qran-Pri”sində bürünc medala sahib olub.
Qeyd edək ki, Macarıstanda dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparır.