Məşhur aparıcı yük maşınına çırpılıb öldü 

0
215

Sosial şəbəkələrin ulduzu, İngiltərənin tanınmış aparıcısı 35 yaşlı Emili Hartric yol qəzası nəticəsində ölüb.

TheSun” – a istinadən Terefsiz.az saytı xəbər verir ki, hadisə Londonun cənub hissəsində, aparıcının evinin bir kilometrliyində qeydə alınıb.

Emili elektroskuterdə hərəkət edərkən yük maşınına çırpılaraq dünyasını dəyişib.

Qeyd edək ki, E.Hartric sağlam həyat tərzi barədə verdiyi məsləhətlərlə “Instagram” və “Youtube”da şöhrət qazanmışdı.

Məlumatı yayan mətbuat orqanı onu da elavə edib ki E.Hartric Amanda Seyfrid, Hyu Cekman və Eddi Redmeyn kimi tanınmışların şəxsi məşqçisi kimi fəaliyyət göstərib.

Terefsiz.az