Terefsiz.az saytı xəbər verir ki, Galaxy Note 10 smartfon seriyasının 5G modelindən sonra onun adi modeli də məşhur Geekbench bençmark saytında testdən keçib.
Test nəticəsində adi Galaxy Note 10 modelinin imkanları və bəzi texniki göstəriciləri təqdimatdan öncə məlum olub. Bu barədə GSMarena saytına istinadən 4pda saytı xəbər verib.
Beləliklə, SM-970F model nömrəsinə sahib smartfon 8 nüvəli Exynos 9825 prosessoru və 8 GB RAM ilə təchiz olunub. Geekbench-in birnüvəli testində smartfon 4495 xal, çoxnüvəli testində isə 10233 xal toplayıb.
Qeyd etmək lazımdır ki, Samsung şirkəti yeni Galaxy Note 10 seriyasını 7 avqust tarixində təqdim edəcək. Gözləntilərə əsasən şirkət həmin təqdimat tədbirində 4 ədəd Galaxy Note 10 modelini təqdim edəcək: Galaxy Note 10, Note 10+, Note 10+ 5G və Note 10e.
Terefsiz.az