Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb.
Terefsiz.az saytı Oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin 12-ci Polis şöbəsinə müraciət etdiyi bəlli olub.
Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərək onunla cinsi əlaqəyə girməyi təklif edib.
Məşqçinin cinayət əməllərinin sübutu qismində gəncin anası həmin SMS-ləri polisə təqdim edib. Bundan sonra məşqçi tutulub və hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, futbol məktəbinin adı ilə bağlı heç bir məlumat verilmir.
Terefsiz.az