Karate üzrə beşqat dünya çempionu Rafael Ağayev və güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev Rusiya Federasiyası Tuva Respublikasının prezidenti Şolban Kara-oolun ad günündə iştirak edib.
Terefsiz.az saytı Oxu.Az – a istinadən xəbər verir ki, Prezident onları şəxsən öz təyyarəsi ilə Bakıdan götürərək Tuvaya aparıb.
İdmançılar muxtar respublika prezidentinin 53 yaşını təyyarədə qeyd ediblər.
Qeyd edək ki, Şolban Kara-ool keçmiş karateçi olub. İdmançılarımızla tanışlıq isə müstəqil Azərbaycanın ilk karate çempionu İlyas Xəlilov vasitəsilə baş tutub.
Terefsiz.az