Qusarda süni göldə çimən gənc boğuldu

0
205

İyulun 21-də Qusar ərazisində yerləşən süni göldə çimərkən 1997-ci il təvəllüdlü Adiq Yavər oğlu Bağırov boğulub.

Terefsiz.az xəbər verir ki, göldə batan şəxsin sudan çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. A.Bağırovun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib;

Rayon mərkəzinə yaxın ərazidə yerləşən “Bənövşə” adlandırılan gölün ətrafında istirahət mərkəzləri fəaliyyət göstərir.

İstinad: Publika.az

Terefsiz.az