Bu halda 10 milyon insan ölər, ölkə Yer üzündən silinərdi – Trampdan ŞOK BƏYANAT

0
212

ABŞ 7-10 gün ərzində Əfqanıstanda müharibəni uda bilərdi, amma o bunu etmək istəmir, çünki bu əməliyyat halında 10 milyon insan həlak olardı.

Terefsiz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

“Mən bir həftə ərzində bu müharibəni uda bilərdim, amma mən sadəcə, 10 milyon insanı öldürmək istəmirəm… Məndə planlar var idi və əgər mən bu müharibəni udmaq istəsəydim, Əfqanıstan Yer kürəsinin üzündən silinmiş olardı. Hər şey 10 gün ərzində başa çatmış olardı”, – Tramp Ağ Evdə Pakistanın baş naziri İmran Xanla görüşdən sonra jurnalistlərə deyib.

“Biz polis olmaq istəmirik və bu olmamalıdır. Biz artıq 18 ildir Əfqanıstandayıq və bu, mənasızdır”, – o əlavə edib.

Qeyd edək ki, ABŞ son aylar ərzində Əfqanıstan Taliban hərəkatı ilə atəşin dayandırılması, xarici qoşunların ölkədən çıxarılması və hökumətlə sülh danışıqları haqqında danışıqlar aparır.

2018-ci ildə Əfqanıstan hakimiyyətinin qiymətləndirmələrinə görə, ölkə əhalisinin sayı təxminən 31,5 milyondur.

terefsiz.az