Parisdə Notr-Dam kilsəsinin yenidən qurulması üçün Fransanın dörd fondu tərəfindən 270 milyon avroya (yarım milyard manat) yaxın ianə yığılıb.
Terefsiz.az xəbər verir ki, vəsaitin toplanmasında 150-dən çox ölkədən yüz minlərlə donor iştirak edib.
Aprelin 15-də məlum kilsədə baş vermiş dağıdıcı yanğından sonra Fransa hökuməti bərpa işlərinin aparılması üçün vəsait yığımı kampaniyasına start verib.
Ekspertlərin qiymətləndirmələrinə görə, kilsənin bərpasına bir neçə yüz milyon avro tələb olunacaq.
“Biz 152 ölkədən olan 230 min şəxsdən 221 milyon avro əldə etmişik”, – deyə “İrs Fondu”nun mətbuat xidmətinin rəhbəri Lorans Levi bildirib.