ABŞ prezidenti Donald Trampın siyasi təzyiqlərə rəğmən, Türkiyəyə S-400 məsələsinə görə sanksiya tətbiq etməkdə tərəddüd etməsinə səbəb olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə G20 Osaka Sammitində keçirdiyi görüş göstərilib.
Terefsiz.az xəbər verir ki, qaynaqlar Ərdoğanın Trampı həm təriflədiyini, həm də təhdid etdiyini deyir.
Senatorlarla yanaşı, Dövlət Departamentinin rəhbəri Mayk Pompeo və Ağ Evin Milli Təhlükəsizlik Məsələləri üzrə Məsləhətçisi Con Bolton da sanksiya məsələsində kobud və qətiyyətli davranıb. Ağ Evdə respublikaçı senatorlarla keçirilən Türkiyə və S-400 gündəmli gizli toplantının detallarını açıqlayan NBC telekanalı Donald Trampın sanksiya məsələsində yumşaq davranmağı tələb etdiyini bildirib. Buna səbəb Ərdoğanla G20 sammiti çərçivəsində keçirilən görüşdür. İki liderin görüşü haqqında bilgi sahibi olan 4 ayrı qaynağa istinadən verilən informasiyaya görə, Ərdoğan Trampı İncirlik bazası və NATO ilə qorxudub. Ərdoğan bildirib ki, sanskiyaların qarşılığı Türkiyənin NATO-dan çıxması və nəticədə İncirlik bazasının bağlanması olacaq. Mənbələr həm də Ərdoğanın Trampa “təcrübəli bir konsensus” və Barak Obamadan daha yaxşı iş adamı imicinə sahib olduğunu dediyini vurğulayıb. İddia edilib ki, məhz bu söhbət dövlətlərarası münasibətlərdəki buzları əridib.
Ağ Ev və Milli Təhlükəsizlik Şurası Trampın mövqeyi, Ərdoğan ilə görüşü və senatorlarla keçirilən toplantı haqqında rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Ərdoğan və Tramp 30 iyunda Osaka sammiti çərçivəsində bir araya gəlmişdi.
İstinad: Publika.az
Terefsiz.az