Dünyanın ən kiçik köpək balığı tapıldı – FOTO

0
239

Meksika körfəzində yeni növ köpək balığı tutulub.

Terefsiz.az xəbər verir ki, bu, dünyanın ən kiçik köpək balığı sayılır.

Onun uzunluğu cəmi 14 santimetrddir. Bu balıq ilk dəfə alimlər tərəfindən 2010-cu ildə kəşf edilib. Alimlər bir neçə il təcrübə apararaq, onun tamamilə yeni növ olduğunu sübut etmək istəyiblər.

2010-cu ilə qədər isə ilk dəfə kiçik köpək balığı 1979-cu ildə Çili sahilində tutulub.

Bu balıq başqa növə məxsusdur və digər regionda da tutulub. Hər iki balıq növünə nadir hallarda rast gəlinir. Son illər isə “cib köpək balığı”na heç kəs rast gəlməmişdi.

Meksika körfəzində tapılan köpək balığına “Mollisquama mississippiensis” adı verilib. Balıq qara rəngdədir, başı böyük, dişləri xırdadır. Bundan əlavə, qaranlıqda parıldaya bilir. Bunun səbəbi isə üzgəclər tərəfindən ifraz edilən biolyuminestsent mayesidir.

Qeyd edək ki, bu balıqlar ən azı 330 metr dərinlikdə yaşayır. “Cib köpək balığı” adını isə üzgəclərin ətrafındakı “kisə”lərə görə alıblar. Hələlik alimlər “kisə”lərin təyinatını bilmirlər.