Elon Musk’ın The Boring Company şirkəti 120 milyon dollar dəyərində ilk xarici investisiyasını əldə etdi

0
208

Terefsiz.az saytı xəbər verir ki,  Elon Musk-ın The Boring Company şirkəti 120 milyon dollar dəyərində səhm sataraq özünün ilk xarici investisiyasını cəlb etdi.

Bu barədə Bloomberg saytına istinadən Vc.rusaytı xəbər verib. Sözügedən səhmləri Future Ventures fondu əldə edib. Onun həmtəsisçisi olan Steve Jurvetson Tesla ilə SpaceX şirkətlərinin direktorlar şurasına daxildir.

Steve Jurvetson-un The Boring Company şirkətindəki payı barəsində bir məlumat verilməyib.

Əldə olunmuş yeni investisiyaları The Boring Company yeraltı tunellər layihəsinin inkişaf etdirilməsinə sərf edəcək. Qeyd etmək lazımdır ki, keçən ilin aprel ayında şirkət 180 milyon dollar investisiya əldə etmişdi. Həmin investisiyanın 90%-ni Musk özü şirkətə yatırmışdı. İnvestisiyanın yerdə qalan 10%-i isə digər investorlar tərəfindən əldə olunmuşdu.

Bu ilin may ayında isə şirkət özünün ilk kommersiya məqsədli müqaviləsini əldə etmişdi. Müqavilənin dəyəri 48.7 milyon dollar təşkil edir. Belə ki, şirkət Las Vegas Convention Center adlı sərgi kompleksinin müxtəlif nöqtələri arasında insan daşınmasını həyta keçirəcək yeraltı tunel sistemini inşa etməlidir.

Yeraltı tunel sisteminin inşası 2020-ci ilin dekabr ayında yekunlaşdırılmalıdır. Ödəniləcək məbləğin 100%-ni əldə etmək üçün The Boring Company saatda 4400 nəfər insanın tuneldən istifadəsi imkanını reallaşdırmalıdır.

Terefsiz.az