Bakıda məhbus özünü asdı

0
219

Bakıda penitensiar müəssisədə məhkum intihar edib.

Bu barədə Qaradağ rayonunu hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Hadisə ötən bazar günü Qaradağ rayonu ərazisində yerləşən 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində baş verib. 1976-cı il təvəllüdlü Nuriyev Nadir Tahir oğlunun meyiti səhər saat 06:00-da aşkarlanıb.

O, özünü pəncərə barmaqlığından asıb. Kişi şəxsi əmlak oğurluğuna və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə mühakimə olunub. İntiharın səbəbləri barədə hələ məlumat verilmir. Faktla bağlı istintaqı rayon prokurorluğu aparır.