Yaponiya hökuməti insan hüceyrələri ilə siçan embrionlarını birləşdirmək istəyən alim Xiromitso Nakauçinin təcrübəsi üçün maliyyə ayrılmasını təsdiqləyib.
Terefsiz.az “Rosbalt”-a istinadən xəbər verir ki, Nakauçni kök hüceyrələr üzrə mütəxəssidir, bu layihədə onun əsas məqsədi insan hüceyrələrini siçanların orqanizmində yetişdirməkdir.
Təcrübə sonradan orqanları insanlara nəql etmək mümkün olacaq heyvanlar yetişdirmək üçün nəzərdə tutulub. Bu məqsədlə siçan və siçovullar embrionlarında insan hüceyrələri olan surroqat analara çevriləcək.
Bu ilin martına qədər Yaponiyada insan və heyvan rüşeymlərini birləşdirmək qadağan olsa da, iyul ayında Təhsil və Elm nazirliyinin yeni göstərişi ilə buna icazə verildi. Artıq bu cür embrionlar yaradıla bilər.
Qeyd edək ki, Yaponiya bu cür layihələri dövlət səviyyəsində maliyyələşdirən ilk ölkədir. Daha əvvəl ABŞ-da bu cür tədqiqatlar aparılsa da, nəticələrindən istifadə olunmadı. 2015-ci ildə ABŞ-ın Səhiyyə nazirliyi etik səbəblərdən bu təcrübələrin dövlət səviyyəsində saxlanılmasını qadağan etmişdi.
Hər nə qədər Nakauçin təcrübənin beyinlə deyil, daxili orqanlarla əlaqəli olduğunu desə də, bioloqlar insan hüceyrələrinin mədəaltı vəzlərdən kənara çıxaraq heyvanların şüurunu dəyişdirə biləcəyindən narahatdırlar.
istinad: oxu.az