Kennedinin 22 yaşlı nəvəsi narkotikdən öldü

0
283

Keçmiş senator və baş prokuror Robert Kennedinin 22 yaşlı nəvəsi Sirşa Kennedi vəfat edib.

Terefsiz.az xəbər verir ki, “The New York Times” qızın cəsədi ailəsinin yaşadığı Keyg-Kod ərazisində tapıldığını yazıb. Onun ölümünə səbəb narkotik maddədədn dozadan artıq istifadə etmək olub.

Boston kollecində təhsil alan Sirşa uzun müddət depressiyadan əziyyət çəkib. Üç il əvvəl qız damarlarını doğramağa cəhd etmişdi. Ailəsi qızının sağalması üçün əlindən gələni etməyə çalışıb. Son vaxtlar isə gənc qız narkotik aludəçisi olub.

Qeyd edək ki, Robert ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşıdır.

Terefsiz.az