Donald Trump Çin məhsullarına əlavə 10% vergi təyin etdi

0
208

Terefsiz.az saytı xəbər verir ki,  Çinin ABŞ iqtisadiyyatına mənfi təsir göstərdiyindən əmin olan Donald Trump 2018-ci ildən bəri Çindən olan məhsullara əlavə vergilər təyin edir.

Nəticə olaraq, ABŞ prezidenti yeni qərar qəbul edib. Belə ki, bu ilin 1 sentyabr tarixindən başlayaraq Çindən olan məhsullara əlavə 10% vergi təyin olunacaq. Bu barədə 4pda saytı xəbər verib.

  Bu, daha öncə təyin edilmiş 25% vergini əhatə etməyəcək ikinci qiymət tarifi düzəlişi olacaq. Çinin ABŞ-a olan importunun ümumi dəyəri 550 milyard dollar təşkill edir.

Donald Trump-a xoş olmayan daha bir hal isə Çinin ABŞ-a fentanil adlı ağrıkəsicinin satmasıdır. Onun fikrincə bu dərmanın ucbatından amerikalılar öz həyatlarını itirməyə davam edirlər.

ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin gərginləşməsi səbəbilə çox güman ki, yaxın zamanda Çin hökuməti Donald Trump-ın bu qərarına reaksiya verəcək.

ABŞ şirkətləri isə əlavə xərclərdən qurtulmaq üçün öz istehsalat güclərinin Çindən kənara keçirilməsi barəsində düşünməyə başlayacaqlar.