İmişli rayonununda yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Muradxanlı kəndində VAZ markalı minik avtomobili idarəetməni itirərək elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində avtomobildə yanğın başlayıb.
Bundan sonra yol kənarında 1 ha sahədə kol-kos yanıb.
Ərazidəki ağaclar yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İstinad:oxu.az