A Seriyasının yayım hüququ rekord məbləğə satılıb. ( Ətraflı məlumat üçün linkə daxil olun )

0
125
ROME, ITALY - NOVEMBER 02: A detail of the new Serie A ball HI- VIS before the Serie A match between AS Roma and SSC Napoli at Stadio Olimpico on November 2, 2019 in Rome, Italy. (Photo by Paolo Bruno/Getty Images)

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, İtaliya futbol çempionatının A Seriyasının yayım hüquqları indiyədək qeydə alınmış ən yüksək məbləğ qarşılığında satılıb.

 

“Haber Global”ın məlumatına görə, yüksək liqa matçlarını yayımlamaq üçün DAZN şirkəti İtaliya Futbol Federasiyasına 840 milyon avro ödəyib.

Satış qərarı 20 komandadan 16-nın müsbət rəyi əsasında qəbul olunub.

Müqaviləyə əsasən, alıcı hər turun 10 matçının 7-sini eksklüziv olaraq, digər 3 oyunu isə digər yayımçıyla birlikdə efirə verəcək.

Matçların ortaq yayım hüququnun 70 milyon avro qarşılığında “Sky Italia”ya satılacağı gözlənilir. Bu barədə qəti qərar martın 29-da qəbul ediləcək.

 

TEREFSİZ.AZ