ABŞ əvvəllər Orta və Yaxın Mənzilli Raketlərin Ləğvi anlaşması ilə qadağan edilmiş ballistik raketin ilk sınağını keçirib.
Terefsiz.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Mark Esper “Twitter” hesabında paylaşım edib.
Videoda raketin buraxılışı göstərilib. Esper, həmçinin, raketin buraxılışında iştirak edən komandanı da təbrik edib. O, bu cür sınaq həyata keçirmək üçün, adətən, 24 ay tələb olunduğunu, lakin komandanın bunu doqquz aydan az vaxt ərzində icra etdiyini vurğulayıb.
Sınaqlar Kaliforniyadakı “Vanderberq” aviabazasında aparılıb.
Xatırladaq ki, Orta və Yaxın Mənzilli Raketlərin Ləğvi anlaşmasına 2019-cu ilin 2 avqustunda ABŞ-ın təşəbbüsü ilə son qoyulub.