ABŞ Belqrad və Priştinanı dərhal gərginliyi azaltmağa çağırıb

0
73

ABŞ Serbiyanın və Kosovonun rəhbərliklərini bölgədə vəziyyətin gərginliyini azaltmaq üçün təcili tədbirlər görməyə çağırıb.

“Terefsiz.az” xəbər verir ki, bu barədə ABŞ-ın Belqrad və Priştinadakı səfirliklərinin dərc olunmuş birgə bəyanatında deyilib.

“Biz hər kəsi maksimum təmkinlik nümayiş etdirməyə, gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə, təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırırıq. Biz tərəfləri narahat edən məsələlərin həlli üçün Aİ-nin köməyi ilə dialoq yolu ilə işləməyə çağırırıq”, – bəyanatda qeyd olunub.

Diplomatik nümayəndəliklər həmçinin vurğulayıblar ki, onlar qurulan barrikadaların tezliklə sökülməsinə ümid edirlər:

“Qanunsuz yol blokpostlarını quranlar dərhal onları sökməlidirlər. Biz bütün zorakılıq və hədə-qorxu təhdidlərinə son qoyulacağını gözləyirik”.

Qeyd edək ki, daha öncə keçmiş serb polisi Deyan Pantiç Kosovo və Metoxiya ilə Mərkəzi Serbiya arasındakı inzibati xətdə yerləşən “Yarinye” nəzarət-keçid məntəqəsində saxlanılıb. Buna cavab olaraq serb əhalisi keçid məntəqəsinin yaxınlığındakı bir neçə yaşayış məntəqəsində magistral yolu barrikadalarla bağlayıb və etiraz aksiyasına çıxıb. Avropa İttifaqının Kosovodakı missiyasının patrulları, həmçinin NATO-nun Kosovo və Metoxiyadakı himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Missiyanın əməkdaşları barrikadaların olduğu əraziyə cəlb olunub.

Daha sonra Kosovonun Baş naziri Albin Kurti serblərdən bazar günü axşama qədər barrikadaları aradan qaldırmağı tələb edib. Əks halda o, Kosovo polisinin iştirakı ilə maneələrin aradan qaldırılması üçün əməliyyat keçirəcəyi ilə hədələyib.

Kosovonun şimalında vəziyyətin gərginləşməsi ilə əlaqədar Serbiya Prezidenti Aleksandr Vuçiç bazar günü Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.

terefsiz.az