ABŞ Bolqarıstana “F-16” tədarükünü təsdiq edib

0
182

ABŞ Bolqarıstana 1,7 milyard dollar dəyərində “F-16” tipli təyyarələrin tədarükünü təsdiq edib.

Terefsiz.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqon strukturunda Müdafiə Əməkdaşlığı Agentliyi məlumat yayıb.

Satışı bu kimi sövdələşmələrin siyasi risklərini qiymətləndirən Dövlət Departamenti təsdiqləyib. O, qərara gəlib ki, təyyarələrin satışı ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə, NATO-nun təhlükəsizliyi, eləcə də Amerikanın əsas tərəfdaşı olan Bolqarıstanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yardım edəcək.

Bolqarıstan Birləşmiş Ştatlardan 10 ədəd modifikasiya olunmuş “F-16 C/D Block 70/72” təyyarəsi, onlar üçün 10 mühərrik, 10 kommunikasiya sistemi, həmçinin digər avadanlıq və döyüş sursatları almaq istəyir.

Terefsiz.az