ABŞ-da bəzi namizədlər seçki kampaniyasının büdcəsini açıqlayıb

0
311

ABŞ demokratlarının təmsilçisi, Nyu-Cersidən olan senator Kori Buker 2019-cu ilin ilk yarısında qarşıdakı prezident seçkilərində iştirak kampaniyası üçün 5 milyon dollar ianə toplaya bilib.

Terefsiz.az saytının TASS-a istinadən verdiyi məlumata görə, bu vəsaitdən əlavə onun senata seçkilər zamanı qənaət etdiyi 4.1 milyon dolları da var ki, bu vəsaiti də Buker əsas seçki təbliğatına xərcləmək niyyətindədir.

Onun digər həmkarı Berni Sandersə gəlincə, o özünün təbliğatına 18 milyon dollar ayıracağını açıqlayıb. Texas Ştatından olan sabiq konqresmen Beto O`Rurk isə mətbuata müsahibəsində 9.4 milyon dollar həcmində təbliğat tədbirləri keçirəcəyini bildirib.

Xatırladaq ki, digər potensial namizədlər hələ seçki büdcələrini açıqlamayıb. Demokratlar partiyasının qurultayı isə 2020-ci ilin 16-20 iyul tarixləri arasında keçiriləcək və namizəd də həmin qurultayda bəlli olacaq.

Terefsiz.az