ABŞ-da həkimlər xəstənin bədənindən 12,14 kq ağırlığında dalaq çıxarıblar.
“Case Reports in Surgery” jurnalında yerləşdirilən məlumata əsasən, bu, tibb tarixində ən böyük dalaq hesab olunur.
44 yaşlı amerikalı lenfoproliferativ xəstəlikdən əziyyət çəkirdi. Bu zaman orqanizmdə immunitetin təmin olunmasında iştirak edən ağ qan hüceyrələrinin, limfositlərin miqdarı dayanmadan artmağa başlayır.
Qeyd edilir ki, ABŞ sakininin qarın boşluğu üç ay ərzində şişib. Müayinə zamanı kişinin dalağının patoloji böyüdüyü məlum olub. Belə ki, amerikalının dalağının diametri 45 sm, çəkisi isə 12,14 kq-a qədər böyümüşdü. Halbuki, bu orqanın çəkisi normal halda 140 q-a müvafiqdir. Dalaq kişinin ümumi çəkisinin 12% – ni təşkil edirdi.
istinad:oxu.az