Bu ilin may ayının sonuna ABŞ-da illik istehlak qiymətləri indeksi 108,6 % təşkil edib.
“Terefsiz.az” xəbər verir ki, bu barədə ABŞ Əmək Departamenti məlumat yayıb.
Bildirilir ki, bu da, 1981-ci ilin dekabrından bəri ən yüksək göstəricidir.
Qeyd edək ki, 1991-ci ilin əvvəlindən 2019-cu ilin sonuna qədər ABŞ-da illik inflyasiya orta hesabla ayda təxminən 2,3 % təşkil edib və bu dövrdə cəmi 4 dəfə 5 %-i keçib.
terefsiz.az