ABŞ-da koronavirusla bağlı vəziyyət yaxşılaşmağa başlayır

0
100

ABŞ-ın Vitse-prezidenti Maykl Pens ölkənin iri şəhərlərində koronavirusla bağlı vəziyyətin yaxşılaşdığını bildirib.

“RİA Novosti” xəbər verir ki, bununla bağlı ölkə Prezidenti Donald Tramp amerikalıları özlərini və cəmiyyəti virusdan qorumaq üçün səylərini artırmağa çağırıb.

“Nyu-York, Nyu-Cersi, Yeni Orlean, Detroyt və Çikaqo kimi şəhərlərdən gələn məlumatlar pandemiya ilə bağlı vəziyyətdə müsbət halın mühaşidə olunduğunu deməyə əsas verir”, – deyə Pens vurğulayıb.

Qeyd etmək lazımdır ki, hal-hazırda ABŞ koronavirusa yoluxanların sayına görə dünyada birinci yerdədir.

istinad:oxu.az