ABŞ-da kütləvi qətl törədənlərin edamı haqqında qanun layihəsi hazırlanıb

0
193

ABŞ-ın Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqi haqqında qanun layihəsini hazırlayıb.

Bu barədə Terefsiz.az xəbər verir.

“Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqini sürətləndirməyə icazə verən qanun layihəsini hazırlayıb”, – deyə ABŞ-ın Vitse-Prezidentinin Aparat rəhbəri Mayk Pensbildirib.

O, qeyd edib ki, bu Ağ Evin Konqresə təklif edəcəyi final paketinin bir hissəsi ola bilər.

Sentyabrın 1-də bildirilirdi ki, Texasda naməlum şəxs Midlend və Odessa şəhərləri arasındakı magistral yolda onun avtomobilini saxlamış polis əməkdaşına atəş açıb. Cinayətkar sonra Odessanın küçələrində dinc vətəndaşları güllələməyə davam edib.

Polis zabitləri ilə atışma zamanı cinayətkar zərərsizləşdirilib. Hücum nəticəsində 5nəfər həlak olub, daha 21 xəsarət alıb.

terefsiz.az