ABŞ-ın Texas ştatının Uvald şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 15 nəfər həlak olub.
“TEREFSİZ.AZ”ın xəbərinə görə, bu barədə ştatın qubernatoru Qreq Ebbott bildirib. O, qeyd edib ki, həlak olanlardan 14-ü şagirdlər, 1-i müəllimdir.
Hadisəni törədən cinayətkar polis tərəfindən zərərsizləşdirilib.
“Atəş açan ölüb. Güman edilir ki, o, hadisə yerinə gələn polislər tərəfindən güllələnib”, – qubernator mətbuat konfransında deyib.
Qatilin tapança və ehtimal ki, tüfənglə silahlanmış 18 yaşlı yerli sakin Salvador Romas olduğu müəyyən edilib.
Yaralı məktəblilərdən ikisi San-Antonio şəhərindəki xəstəxanaya aparılıb. Bundan əlavə, insident zamanı 45 yaşlı kişi güllə yarası alıb.
Yerli KİV-in məlumatına görə, hadisə yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00-da) baş verib.
Hadisənin başvermə səbəbləri və digər yaralıların vəziyyəti açıqlanmır.
TEREFSİZ.AZ