ABŞ-da silah dövriyyəsinə nəzarəti gücləndirməyi tələb edirlər

0
178

Terefsiz.az saytı xəbər verir ki, ABŞ – ın Konqresi Nümayəndələr palatasının spikeri Nensi Pelosi Senatla birgə ölkədə odlu silahlarla törədilmiş zorakılıq aktlarına son qoymağa çağırıb.

Bu haqda bəyanatı Pelosi öz internet saytında yerləşdirib.

Spiker silah dövriyyəsinə nəzarəti gücləndirməyə çağırıb.

O qeyd edib ki, ağrı və zülm gətirən silahlı zorakılıq daha heç bir amerikalı ailəsinə gəlməməlidir.

Son gün ərzində ABŞ-da iki kütləvi güllələnmə hadisəsi baş verib. Texasdakı atışma zamanı 20 insan ölüb, 26-sı yaralanıb. Oqayoda baş verən güllələnmə isə 9 nəfərin həyatına son qoyub, 27 yaralı var.

Terefsiz.az