ABŞ-da təbii fəlakət: 14 ölü

0
67

ABŞ-ın Kaliforniya ştatında şiddətli yağış və fırtına ucbatından 14 nəfər həyatını itirib, 10 minə yaxın adam üçün təxliyə əmri verilib.

Terefsiz.az “Los Angeles Times”a istinadla xəbər verir ki, səlahiyyətlilər Karpinteriya bölgəsindəki Montecito, Toro Kanyonu, Saykamor Kanyonu və Padaro Lane sakinlərinə dərhal yaşayış yerlərini boşaltmağı əmr edib. Bununla belə, Santa Barbarada evakuasiya mərkəzi yaradılıb.

ABŞ-ın Milli Meteoroloji Xidmətindən verilən açıqlamada, xüsusilə Kaliforniyanın cənubunda fırtına və güclü yağış ehtimalının bu gün də davam edəcəyi bildirilib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden ştatda fırtınalar, küləklər və yağışlarla əlaqədar yanvarın 8-də fövqəladə vəziyyət elan edilməsini təsdiqləyib.