ABŞ-ın Texas ştatında aviaşou zamanı iki təyyarənin toqquşması zamanı 6 nəfər həlak olub.
“Terefsiz.az” xəbər verir ki, bu barədə Dallas dairəsinin hakimi Kley Cenkins tviter hesabında yazıb.
“Dallas dairəsinin məhkəmə-tibb ekspertinin məlumatına görə, “Wings Over Dallas” aviaşousunda insident zamanı 6 nəfər həlak olub”, – Cenkins sosial şəbəkədə yazıb.
Qeyd edək ki, “Boeing B-17” bombardmanı digər təyyarə ilə şənbə günü toqquşub.