ABŞ-da yüzlərlə insan Ağ Evin qarşısında toplaşaraq İranla müharibə, habelə Birləşmiş Ştatların Yaxın Şərq siyasəti əleyhinə etiraz aksiyası keçirib.
Bu barədə “Terefsiz.az” TASS-a istinadən xəbər verir.
ABŞ-ın 10-dan çox hərəkatının nümayəndələri Birləşmiş Ştatların bütün dünyada gedən müharibələrdə iştirakı əleyhinə çıxaraq etiraz aksiyasının təşkilatçısı olublar. Aksiyada “CodePink” antihərb hərəkatının və “Müharibəni dayandırmaq və irqçiliyə son qoymaq üçün” indi hərəkət et” (ANSWER) qruplarının üzvləri iştirak ediblər.