Floridanın cənubunda bir zərgərlik mağazasını qarət etmək və girov götürmək cəhdindən sonra dörd nəfər öldürülüb.
Terefsiz.az xəbər verir ki, bu barədə “Daily Mail” polis nümayəndələrinə istinadən xəbər verib.
Məlumata görə, Koral-Qeybls şəhərində iki kişi zərgərlik mağazasına uğursuz qarət cəhdi edib. Polisdən uzaqlaşarkən onlar “UPS” ekspress-çatdırılma kompaniyasının yük maşınını qaçırıblar və sürücünü girov götürüblər.
Soyğunçular onları təqib edən polis əməkdaşlarına atəş açıblar. Atışmada girov və təsadüfən hadisə yerinin yaxınlığında olan bir şəxs həyatını itirib.
Cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib.