ABŞ-dan Ermənistana SENSASİON ZƏRBƏ: Azərbaycanı seçdilər və…

0
130

“ABŞ-İran münasibətləri kifayət qədər gərgindir, buna görə Azərbaycan Vaşinqton üçün əhəmiyyətli faktora çevrilib. Lakin Ermənistanla bağlı vəziyyət eyni deyil. İrəvana Tehranın müttəfiqi kimi baxırlar”.

Terefsiz.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer ABŞ-ın Azərbaycana 100 milyon dollardan artıq maliyyə yardımı ayırmasını şərh edərkən deyib.

Lakin hərbi ekspert hesab etmir ki, bu pul Azərbaycana sadəcə İranla mübarizə üçün verilir: “Əsas məsələ Azərbaycanın ABŞ üçün daha əhəmiyyətli tərəfdaşa çevrilməsidir. Amerikalılar birbaşa hərbi kömək göstərmirlər. Amma hərbi kəşfiyyat texnikasının təkmilləşdirilməsi Azərbaycandan İranın şimalını müşahidə etmək imkanı verə bilər. Prinsip etibarilə, amerikalılar Bakıya ikiqat dəstək verə bilərlər, lakin ayrılan maliyyə vəsaiti daha çox hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün nəzərdə tutulur”.

Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin isə hesab edir ki, Azərbaycana maliyyə yardımının artırılması Ermənistanın baş naziri Nikol Paşinyanın reputasiyası üçün sensasiyalı zərbədir.

“Çünki onun rəqibləri ABŞ-da erməni lobbisinin zəifləməsinin günahkarı kimi Paşinyanı göstərirlər, bu da onun real təsdiqidir. Lakin burada əsas məsələ Azərbaycanın əhəmiyyətidir. Ermənistan artıq ABŞ-ın nəzarəti altındadır və onları istədikləri kimi istismar edə bilərlər. Digər tərəfdən, ABŞ üçün regionda məhz Azərbaycan önəmli faktordur”, – deyə o bildirib.

İstinad: Publika.az

Terefsiz.az