ABŞ “doğum turizmi”ni nəzarətə götürür – Qaydalar sərtləşdiriləcək

0
159

ABŞ asan vətəndaşlıq əldə etmək üçün turist kimi ölkəyə gələrək uşaq dünyaya gətirən şəxslərə qarşı viza qaydalarını sərtləşdirməyi düşünür.

Terefsiz.az bu barədə “Axios” dərgisi dövlət administrasiyasındakı mənbələrə istinadən məlumat verir.

Belə ki, turizm və işgüzar məqsədlər üçün verilən B növlü viza alanlara qoyulan tələblər sərtləşdiriləcək.

Mənbə məlumat verir ki, şərti olaraq “doğum turizmi” adlandırılan bu təzahür dövlət təhlükəsizliyi və kriminogen duruma təsirsiz ötüşmür.

ABŞ-da hər il “doğum turizmi” nəticəsində dünyaya gələn uşaqların sayı barədə dəqiq məlumat yoxdur, lakin ölkədə miqrasiya hesablamaları aparan mərkəzlərdən birinin məlumatına əsasən, hər il “doğum turizmi” nəticəsində 33 min körpə dünyaya gəlir.

istinad:oxu.az