Avropanın vahid valyutası – avro nağd tədavülə buraxıldığı 2002-ci ildən bəri ilk dəfə ABŞ dollarından ucuz olub.
“Terefsiz.az” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, 1 dolların məzənnəsi 0,9999 avroya bərabərləşib. Bu, ABŞ-da rekord inflasiya haqqında məlumatlar açıqlandıqdan sonra baş verib.
Xatırladaq ki, bu ilin may ayında ABŞ-da illik inflyasiya 41 illik rekordu yeniləyərək 108,6 % təşkil edib.