ABŞ dövlət katibinin müavini Azərbaycana səfərə gəlib

0
84

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald iyunun 13-dən 15-dək Azərbaycanda səfərdə olacaq.

Bu barədə “TEREFSİZ.AZ”a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

O, səfər zamanı hökumət rəsmiləri, demokratiya və insan haqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək. Dövlət Katibinin Müavini Makdonald Demokratiya, İnsan Haqqları və Əmək Məsələləri üzrə Bürosunun Avropa, Cənub və Mərkəzi Asiya üzrə fəaliyyətinə habelə çoxtərəfli və qlobal münasibətlər sahəsində çalışan heyyətə rəhbərlik edir. Demokratiya, İnsan Hüquqları və Əmək Məsələləri üzrə Büro qanun aliliyi, insan haqları və əsas azadlıqlardada daxil olmaqla universal dəyərləri dəstəkləyir. Sözügedən dəyərlər demokratiyaya habelə güclü, sabit, firavan, və suveren dövlətlərin inkişafına təkan verir“, – diplomatik nümayəndəlikdən qeyd edilib.

TEREFSİZ.AZ