ABŞ dünyanın ən böyük adasını almaq istəyir

0
179

ABŞ dünyanın ən böyük adası – Qrenlandiyanı almaq istəyir.

Terefsiz.az “RİA Novosti”-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə əsas məsləhətçisi Larri Kudlou da təsdiqləyib.

Ancaq adanın məxsus olduğu Danimarka hökuməti belə bir məsələnin müzakirə olunmadığını bildirib.

“Qrenlandiya Danimarkaya məxsusdur. Danimarka da bizim müttəfiqimizdir. Sadəcə onu bildirirəm ki, daşınmaz əmlak alqı-satqısından anlayışı olan prezident bu məsələni dəqiqləşdirmək istəyir”, – deyə Kudlou qeyd edib.

Qeyd edək ki, cümə günü Qrenlandiyanın Xarici İşlər Nazirliyi adanın biznes və turizm üçün açıq olduğunu, ancaq satılmadığını elan edib.

istinad:oxu.az